Trampdan skandal zarafat: Birdən sükut yarandı

03.02.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın “”Alfalfa Club”da keçirilən xüsusi şam yeməyində ölkənin ərazilərinin genişləndirilməsi ilə bağlı etdiyi zarafat birmənalı qarşılanmayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşr yazır ki, Tramp əyləncə məclisində çıxışı zamanı Qrenlandiyanı ələ keçirmək istədiyini bildirib. ABŞ prezidenti həmçinin zarafatla təkcə adanı deyil, həm də Kanada və Venesuelanı ABŞ-ın tərkibinə daxil etmək istədiyini söyləyib. 

Ağ Ev rəhbəri yumoristik bir tonda hətta “ABŞ-ın Qrenlandiyaya müdaxiləsinə şəxsən nəzarət etmək” üçün çıxışından fasilə verməli ola biləcəyini deyib. Onun zarafatlarının bəziləri alqışla qarşılansa da, ərazi işğalı ilə bağlı sözləri ətrafda sükuta səbəb olub, heç kim reaksiya verməyib və qəribə bir boşluq yaranıb. Tramp bundan sonra sadəcə komediya axşamı olduğunu və buna uyğun davrandığını vurğulayıb. 

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью