Trampdan ŞOK AÇIQLAMA: Putinin bütün Ukraynanı ələ keçirməməsi böyük güzəştdir

24.04.2025

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Rusiyanın “müharibəsi dayandırmaq və bütün Ukraynanı ələ keçirməmək” qərarını sülh sazişi yolunda “böyük güzəşt” kimi qiymətləndirib.
Turkustan.az xəbər verir ki, Norveçin baş naziri Jonas Gahr Store-u Ağ Evdə qarşılayan ABŞ prezidenti Tramp mətbuat mənsubunun Rusiya ilə bağlı sualını cavablandırıb.
Putinin Ukraynaya hücumlarını dayandıracağına inanırmı sualına Tramp belə cavab verib: “Bəli, edirəm”.
Digər tərəfdən Tramp Ağ Evdə Norveç baş naziri Store ilə nahardan əvvəl jurnalistlərə qısa açıqlama verib.
Tramp razılaşma ilə bitən Rusiya-Ukrayna prosesinə toxunaraq, “Mənim bununla bağlı son tarixim var və biz bunun tez olmasını istəyirik” deyib.
O, Rusiyanın Kiyevə son hücumlarından qətiyyən razı olmadığını açıqlayıb və bu hücumların sülh danışıqlarının getdiyi bir vaxtda baş verməsinin təəssüf doğurduğunu bildirib.
“Rusiya indiyədək sülhə yaxınlaşmaq üçün hansı güzəştlərə gedib?" sualına, Tramp :"Müharibənin dayandırılması və bütün ölkəni ələ keçirməyə cəhdin dayandırılması, bunlar olduqca böyük güzəştlərdir" deyə, cavab verib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью