Trampdan ŞOK İTTİHAM: Mask ağlını itirib

06.06.2025

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp son həftələrdə aralarında düşdüyü İlon Maskın "ağlını itirdiyini" və onunla danışmaq fikrində olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, ABC-nin telefonla əlaqə saxladığı Trampın Mask haqqında müsahibə istəyinə “Sən dəli olan bir adamdan danışırsan?” deyərək cavab verdiyi bildirilir.
Tramp son bir neçə gündə onunla mübahisəsi mediada işıqlandırılan Mask haqqında danışmağı "xüsusilə düşünmədiyini" söylədi.
ABŞ prezidenti həmçinin Maskın onunla görüşmək istədiyini, lakin bu söhbətə hazır olmadığını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью