Trampdan şok qərar: ərəblər Ukrayna münaqişəsində...

26.03.2025

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ Səudiyyə Ərəbistanına Ukraynadakı münaqişə çərçivəsində enerji obyektlərinə hücumların dayandırılmasına nəzarət etməyi təklif edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Rada" telekanalının efirində Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini İqor Jovkva deyib.

"Texniki işləri (enerji obyektlərinə zərbələrin monitorinqi üzrə -red.) üçüncü ölkələr həyata keçirə bilər. Danışıqların aparıldığı Səudiyyə Ərəbistanının adı çəkilib. ABŞ bu təkliflı Səudiyyə Ərəbistanına müraciət edib", - deyə o vurğulayıb.

Ukraynalı siyasətçi əlavə edib ki, atəşkəs rejiminə hansı ölkələrin nəzarət edəcəyi ilə bağlı qərar hələ verilməyib.


Zaur,BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью