Trampdan sonra daha bir ölkə İranı təhdid etdi Hücum etsə, vuracağıq

27.01.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarı verib-verməyəcəyi dünya ictimaiyyəti tərəfindən maraqla gözlənilir. Tehrana növbəti xəbərdarlıq isə İsraildən gəlib. Baş nazir Binyamin Netanyahu İranın hər hansı hücumuna ən sərt şəkildə cavab verəcəklərini bəyan edib.

Milli.Az xəbər verir ki, İsrail Baş naziri Tehranı açıq şəkildə təhdid edib:

"İran hücum edərsə, biz də vurarıq. Əgər İran böyük bir səhv edib İsrailə hücum edərsə, onlara daha öncə heç görmədikləri bir güclə cavab verərik."

Netanyahu həmçinin Qəzza Sülh Planına toxunaraq, "Qəzza zolağına Türkiyə və ya Qətər əsgərləri girməyəcək" deyə vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "USS Abraham Lincoln" təyyarə gəmisinin regional təhlükəsizliyi və sabitliyi dəstəkləmək məqsədilə Yaxın Şərqə yerləşdirildiyini təsdiqləyib. Bu addım beynəlxalq mediada ABŞ-nin İrana qarşı mümkün hücum hazırlığı kimi qiymətləndirilir.

Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью