Trampdan sonra Mask da Zelenskini aşağıladı

19.02.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikalı milyarder İlon Mask Donald Trampın Ukraynada seçkinin keçirilməsi zəruriliyi ilə bağlı bəyanatını dəstəkləyib.

Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb.

“Demokratiyanı müdafiə etməliyik, o, mövcud olmalıdır”, - o bildirib.

Qeyd edək ki, Tramp Ukraynada seçkinin keçirilməsi zərurətini bildirərək, əhali arasında Vladimir Zelenskiyə dəstəyin cəmi 4 faiz olduğunu deyib. Həmçinin vurğulayıb ki, danışıqlar masasında oturması üçün Ukrayna seçki keçirilməlidir.

Tramp bu sözlərlə dolayısı ilə Rusiyanın “Zelenskinin legitim olmadığı” barədə mövqeyini dəstəkləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью