Trampdan sui qəsd etirafı:

31.08.2026

Icma.az, Azpost portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp tutduğu vəzifənin təhlükəli olduğunu bildiyini, lakin həyatına sui-qəsd edilə biləcəyi qorxusu ilə yaşamadığını deyib.

Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

“Bu, təhlükəli peşədir. Yalnız nüfuzlu prezidentlərə atəş açılır və ya sui-qəsd edilir. Mən isə çox nüfuzluyam. Biz bütün dünyanı dəyişdik, ölkəmizi xilas etdik”, – ABŞ prezidenti bildirib.

Tramp daha əvvəl qarşılaşdığı sui-qəsd cəhdlərindən sonra da qorxu içində yaşamadığını vurğulayıb.

2024-cü ilin iyulunda Pensilvaniya ştatının Batler şəhərində seçki kampaniyası çərçivəsində keçirilən mitinq zamanı Trampa tüfəngdən atəş açılıb. Güllə onun sağ qulağına dəyib.

Bu ilin aprelin 25-də isə Vaşinqtondakı otellərdən birində media işçilərinin şərəfinə təşkil olunan şam yeməyi zamanı 31 yaşlı Kaliforniya sakini atəş açıb. Tramp həmin hadisə zamanı xəsarət almayıb. Hücum edən şəxs ABŞ Gizli Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью