Trampdan süni intellektlə bağlı mühüm açıqlama: Bu şəxslər Ağ Evin düşmənidir

08.10.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ Ev Amerika liderinin təklif etdiyi "superintellekt" termini əvəzinə "süni intellekt" terminindən istifadə edənləri düşmən hesab edir.

Lent.az xəbər verir ki, Amerika lideri bu barədə öz "Truth Social" hesabında yazıb.

"Ağ Ev geniş qəbul edilmiş, daha yeni və daha dəqiq olan "superintellekt" termini əvəzinə "süni intellekt" terminindən istifadə edən hər kəsi düşmən hesab edir", - o yazıb.

Qeyd edək ki, Tramp əvvəllər "süni intellekt" terminini "uğursuz və qeyri-dəqiq" hesab etdiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью