Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Süni intellektin inkişaf tempi ilə bağlı müzakirələr davam edərkən, ABŞ Prezidenti Donald Tramp bu texnologiyanın adının dəyişdirilməsini təklif edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında süni intellektlə bağlı fikirlərini bölüşüb.
ABŞ Prezidenti “Süni intellekt” termininin bu anlayışı tam və dəqiq ifadə etmədiyini düşünənlərin çox olduğunu bildirib.
Tramp “Süni intellekt” ifadəsinə alternativ olaraq “Üstün Zəka”, “Ekstremal Zəka” və “Ali Zəka” terminlərini təklif edib. O, hansı terminin istifadə olunması ilə bağlı sosial media hesabında sorğu da başladıb.
Aytən Yaşar/ Turkustan.az