Trampdan Talibana xəbərdarlıq: “Pis hadisələr baş verəcək”

21.09.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


ABŞ Prezidenti Donald Tramp Əfqanıstanın Kabil yaxınlığındakı Baqram aviabazasını ABŞ-yə qaytarmasa, onu pis nəticələrlə hədələyib.
Yeniavaz.com
xəbər verir ki, Amerika lideri bu barədə “Truth social” şəbəkəsindəki hesabında yazıb.
“Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis hadisələr baş verəcək. Hazırda Əfqanıstanla danışırıq və istəyirik ki, onlar bazanı tez, dərhal bizə qaytarsınlar. Əgər bunu etməsələr, nə edəcəyimi bilirsiniz”, - deyə Tramp bildirib.
Ağ Evdəki jurnalistlərin aviabazanı geri qaytarmaq üçün qoşun göndərməyi düşünüb-düşünmədiyi ilə bağlı sualına Tramp belə cavab vermişdi:
“Biz bu barədə danışmırıq”.
Qeyd edək ki, Taliban hökuməti daha əvvəl bu təklifi rədd etmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью