Trampdan Tehrana açıq mesaj: Adlarını unutmayın!

14.01.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib.

Milli.Az xəbər verir ki, o, jurnalistin ABŞ-ın mümkün zərbələrinə İranın cavab verəcəyi ilə bağlı sualını cavablandırarkən Tehrana açıq mesaj göndərib.
"İran əvvəl də demişdi ki, mən onları nüvə imkanlarından istifadə etməklə bombalamışam. İndi isə onların bu imkanları artıq yoxdur. Bu, İranın öz dedikləridir. Onlar özlərini daha yaxşı aparmalıdır".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən "Truth Social" hesabında İrandakı etirazçılara çağırış edib:

"İranlı vətənpərvərlər, etirazları davam etdirin - qurumları ələ keçirin!!! Zorakılıq edənlərin adlarını unutmayın. Onlar ağır bədəl ödəyəcəklər. Mən etirazçıların mənasız qətlə yetirilməsi dayandırılana qədər bütün görüşləri ləğv etmişəm. Kömək artıq yoldadır", - Tramp qeyd edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью