TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək...

30.01.2026

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Prezident Donald Tramp bu gün İran rejimini növbəti dəfə təhdid edib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə o, Ağ Evdə İranla bağlı suala cavabda deyib.

Donald Tramp bildiirb ki, İranı vurmaq üçün bölgəyə çoxlu gəmilər göndərməyə davam edir: "Əgər razılaşma əldə etsək, bu, yaxşıdır. Razılaşma əldə etməsək, nə olacağını görəcəyik. Hazırda İrana doğru çoxlu  gəmi göndəririk. Ümid edirəm ki, razılığa gələ bilərik".

Xatırladaq ki, ABŞ lideri bu gün artıq ikinci dəfədir İran rejiminə anlaşma üçün xəbərdarlıq edir. O, bundan əvvəlki açqlamasında anlaşmaq üçün iki şərt irəli sürmüşdü: 

1. Nüvə silahı olmayacaq;

2. Etirazçıları öldürməyəcəklər;

Samir MUSAYEV

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью