Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
“Edam proseduru o qədər də mürəkkəb olmamalıdır”
ABŞ Prezidenti Donald Tramp Tennessi ştatında uğursuz edamı “maraqlı bir vəziyyət” adlandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp prosedur zamanı ölümcül inyeksiya dərmanının uğursuz olduğu hadisəyə toxunaraq deyib: "Bu, maraqlı bir vəziyyət idi".
Prezident edamın həqiqətən baş verib-verməyəcəyi barədə nəsə deməyib. Sadəcə məsələ ilə bağlı yerli hakimiyyət orqanlarına aydınlıq gətirmələrini tövsiyə edib.
O, edamın baş verdiyini, lakin dərmanın tam təsir göstərmədiyini bildirib. Tramp həmçinin qeyd edib ki, “edam proseduru o qədər də mürəkkəb olmamalıdır”.
Qeyd edək ki, ABŞ-ın Tennessi ştatında 30 il əvvəl zəhər iynəsi ilə törədilmiş qətldə günahlandırılaraq ölüm hökmünə məhkum edilmiş 50 yaşlı Krista Payk sağ qalıb. 30 sentyabrda hökmün icrasına uğursuz cəhddən sonra Payk təcili yardım maşını ilə Neşvildəki maksimum təhlükəsizlikli Riverbend həbsxanasından xəstəxanaya aparılıb.