Trampdan təslimçi bəyanat “Putin müharibəni davam etdirsə...”

17.02.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp qəribə bəyanatlar verməkdə davam edir. 

“AzPolitika” xəbər verir ki, “Fox News”-a müsahibə verən ABŞ prezidenti deyib ki, Rusiya Ukraynada müharibəsini davam etdirərsə, bu, ABŞ üçün “böyük problem” olacaq: “Düşünürəm ki, o (Putin) döyüşməyi dayandırmaq istəyir. Onların böyük, güclü (hərbi) maşını var, bunu başa düşürsünüz. Onlar Hitlerə qalib gəldilər, Napoleonu da məğlub etdilər. Onlar uzun müddətdir döyüşürlər. Bunu əvvəllər də ediblər. Amma düşünürəm ki, o, savaşı dayandırmaq istərdi. Bu mənim ona sualım idi. Çünki o davam etsə, bizim üçün böyük problem olacaq və bu, mənim üçün böyük problem yaradacaq".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью