Trampdan Tiktok açıqlaması: Szinpinlə razılaşdıq...

19.09.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampla Çinin Sədri Si Szinpin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Trump “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, tərəflər ticarət, Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq zərurəti və Tiktok razılaşmasının təsdiqi kimi bir çox vacib məsələlərdə irəliləyiş əldə ediblər.

“Çox yaxşı danışıq idi. Biz yenidən telefonla danışacağıq. Tiktok razılaşmasının təsdiqini yüksək qiymətləndiririk”, - deyə Tramp əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью