Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, Ağ Ev rəhbərinin məsləhəti incə şəkildə çatdırılıb.
“Bloomberg” agentliyi, öz növbəsində, Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın ABŞ prezidentinin Tayvan ətrafında vəziyyəti gərginləşdirməmək tövsiyəsinə Sanae Takaitinin reaksiyası barədə suala birbaşa cavab vermədiyini yazıb. Kiharanın sözlərinə görə, Tramp Yaponiyanın baş naziri ilə telefon danışığı zamanı bu məsələni müzakirə etmiş ola bilər.
“Xarici siyasətlə bağlı fikir mübadiləsi barədə əlavə şərh verə bilmərəm”, - Rusiya mediası Minoru Kiharadan sitat gətirir.
Çin-Yaponiya münasibətlərində gərginlik artır Xatırladaq ki, noyabrın 7-də Sanae Takaiti baş nazir kimi ilk dəfə çıxış etdiyi parlament müzakirələri zamanı Tayvan ətrafında mümkün hərbi münaqişənin nəticələrindən danışıb.
Onun sözlərinə görə, Pekin “döyüş gəmilərindən istifadə etməyə başlasa və dəniz blokadası güc tətbiqinə səbəb olarsa, Tokio özünümüdafiə qüvvələrini səfərbər edə bilər”.
Bir neçə gün sonra Takaiti, çıxışında yalnız mümkün ssenarilərdən birini vurğulayaraq, gələcəkdə belə açıqlamalar verməyəcəyinə söz versə də, öz ifadələrindən imtina etməyib.
Maraqlıdır ki, Yaponiyanın Xarici İşlər nazirliyi, öz növbəsində, baş nazirin bəyanatlarından yaxasını kənara çəkərək, onları siyasətçinin şəxsi mövqeyi adlandırıb.
Noyabrın 14-də Çinin Xarici İşlər nazirinin müavini Sun Veydun isə Yaponiyanın bu ölkədəki səfiri Kendzi Kanasuqiyə etiraz edərək, Sanae Takayitinin bəyanatlarını təxribat adlandırıb.
Münasibətlərdəki gərginlik fonunda hər iki ölkənin BMT-dəki daimi nümayəndələri insidentlə bağlı qurumun baş katibi Antonio Qterreşə məktubla müraciət edib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. “Bloomberg” agentliyi, öz növbəsində, Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın ABŞ prezidentinin Tayvan ətrafında vəziyyəti gərginləşdirməmək tövsiyəsinə Sanae Takaitinin reaksiyası barədə suala birbaşa cavab vermədiyini yazıb. Kiharanın sözlərinə görə, Tramp Yaponiyanın baş naziri ilə telefon danışığı zamanı bu məsələni müzakirə etmiş ola bilər.