Trampdan Türkiyə zarafatı: Ərdoğan mənə zəng edib...

20.11.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Vaşinqtona səfəri münasibətilə təşkil edilən ABŞ-Səudiyyə İnvestisiya Forumunda çıxışında Türkiyəni zarafatla gündəmə gətirib.
Turkustan.az xəbər verir ki, ABŞ-da Şükran Günü ilə bağlı tez-tez müzakirə edilən ərzaq qiymətlərinə toxunan Tramp, hindi qiymətlərinə işarə edərək, "Hindquşu ucuzlaşıb. Mən yüzdə 33 deyirəm" deyib. Bu açıqlamadan dərhal sonra o, sözlərini Türkiyə ilə qarışdırmamalı olduğunu vurğulayıb.
ABŞ prezidenti "Bir ölkə olaraq Türkiyədən danışmıram. Türkiyə yaxşı gedir. Ərdoğan yaxşı vəziyyətdədir. Mənə zəng edib "33 faiz düşmədim" deməsini istəmirəm. O, bizim dostumuzdur, dostlarımızı qorumalıyıq”.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью