Trampdan Türkiyədəki səfirlə bağlı qərar...

23.05.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.

Axar.az xəbər verir ki, diplomat bu barədə mayın 23-də X sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

O, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvi prosesini dəstəklədiyini qeyd edib.

"Sanksiyaların dayandırılması bizim əsas məqsədimizə - İŞİD-in tam məğlubiyyətinə mane olmayacaq və Suriya xalqına daha yaxşı gələcək üçün bir şans verəcək", - deyə Barak yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью