Trampdan Türkiyəyə XOŞ SÜRPRİZ

22.03.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və F-35 təyyarələrinin satışını bərpa etməyi düşünür.

Modern.az xəbər verir ki, bu barədə FOX kanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp Türkiyəyə F-16 qırıcılarının satışının tamamlanmasına kömək etmək niyyətindədir.

"Hər iki tərəf Rusiyanın S-400 sisteminin yararsız olması barədə razılığa gələ bilsə, Tramp Türkiyəyə F-35 qırıcılarını satmaq fikrinə açıqdır. Trampın komandası Türkiyəni "Amerikanın düşmənlərinə sanksiyalar yoluyla mübarizə Akt"ını pozan ölkələr siyahısından çıxarmağın yollarını axtarır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью