Trampdan Ukrayna ilə bağlı qeyri adi bənzətmə: “Uşağın əlindən konfet almaqdır” KONKRET

05.03.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Martın 4-də ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırıldı. Bu, Zelenskinin fevralın 28-də Vaşinqtona səfəri zamanı davranışına birbaşa cavab idi.

KONKRET.az xəbərinə görə, ABŞ prezidenti Donald Tramp deyib ki, Ukraynaya hərbi yardım göstərmək üçün Amerika büdcəsinin böyük vəsaiti onun sələfi Co Baydenin əlindən alınıb. Tramp bunu uşağın əlindən konfet almağa bənzədib.

“Biz 350 milyard dollar xərcləmişik. Amma indi yardımı dayandırmışıq. Bu, uşağın əlindən konfet almaq kimi bir şeydir”.

Amerika lideri həmçinin Ağ Evin keçmiş rəhbəri Co Baydeni Ukrayna münaqişəsinə son qoymağa çalışmadan milyardlarla dollar xərclədiyinə görə tənqid edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью