Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Bir qrup Avropa lideri Ukraynadakı müharibəni müzakirə etmək üçün bazar ertəsi və ya çərşənbə axşamı ABŞ-a səfər edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin yaxın bir neçə gün ərzində Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.
“Avropa liderləri ilə çox maraqlı müzakirələr aparacağıq. Düşünürəm ki, biz problemi həll edəcəyik, bunu etməliyik”, – deyə Tramp əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az