Trampdan Venesuela açıqlaması: Hədəfi vurmağı düşünürük

16.10.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Amerika ordusu Venesuelada narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən yerüstü hədəflərə zərbə endirmək imkanını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

"Qurudan hədəfləri vurma ehtimalını mütləq nəzərdən keçiririk, çünki biz onsuz da dənizə nəzarət edirik", - Tramp vurğulayıb.

Qeyd edək ki, daha öncə ABŞ Venesuela sahillərində narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью