Trampdan venesuelalılara şad xəbər: Bunu ləğv etdim

09.01.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Venesuelaya qarşı yeni hücum dalğasından imtina edib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, bu addım tərəflər neft və qaz sektorunda gələcək əməkdaşlıq barədə razılıqdan sonra atılıb.

“Bu əməkdaşlıq sayəsində əvvəllər gözlənilən, indi lazımsız görünən Venesuelaya ikinci hücum dalğasını ləğv etdim”, – deyə Tramp bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ Venesuelanın neft və qaz infrastrukturunun bərpası və modernləşdirilməsində fəal iştirak edəcək.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью