Trampdan Xamenei şərhi: “Öldüyünə inanmıram”

26.08.2026

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiyaya səfərini şərh edib.

Turkustan.az xəbər verir ki, Tramp səfərlə bağlı “Buradan nəsə çıxa bilər” deyib.

ABŞ prezidenti “Glenn Beck” proqramında çıxışı zamanı gündəmlə bağlı bir sıra açıqlamalar verib.

Tramp MKİ direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfərinə toxunaraq, səfərin nəticə verə biləcəyini bildirib.

İranın ali lideri seçildikdən sonra uzun müddətdir ictimaiyyət qarşısına çıxmayan Müctəba Xamenei barədə də danışan Tramp onun öldüyünə inanmadığını bildirib. “Düşünmürəm ki, o, ağır yaralanıb”, - deyə Tramp qeyd edib.

Kanada ilə münasibətlərə də toxunan ABŞ prezidenti ölkəyə xəbərdarlıq edib. Tramp “Kanadaya vəziyyətin bu şəkildə davam edə bilməyəcəyini anlatmağın vaxtıdır” deyib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью