Trampdan Xameneinin sözlərinə reaksiya

02.02.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında razılıq əldə olunmasa, region səviyyəsində münaqişənin başlayıb-başlamayacağı aydın olacaq.

Turkustan.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Tramp İranın ali lideri Əli Xameneinin İrana qarşı hərbi aqressiyanın yalnız iki ölkə arasında qalacağını düşünməməsi ilə bağlısözlərini şərh edib. Xamenei daha əvvəl bəyan etmişdi ki, ABŞ hərbi əməliyyatlara başlasa, bu, regional səviyyəli tammiqyaslı münaqişəyə çevriləcək.

“Əgər biz saziş əldə etməsək, görəcəyik ki, o haqlıdır, yoxsa yox”, – Tramp jurnalistlərə bildirib

ABŞ Prezidenti həmçinin razılıq əldə olunacağına ümid etdiyini vurğulayıb və regionda böyük ABŞ qüvvələrinin yerləşdiyini xatırladıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью