Trampdan Xameneiyə gizli zərbə: ABŞ dan İrana görün nələr göndərildi

12.02.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ İranda etiraz aksiyalarının yatırılmasından və internetin genişmiqyaslı şəkildə məhdudlaşdırılmasından sonra etirazçılara gizli şəkildə minlərlə peyk rabitə terminalı göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, İrana qeyri-qanuni yollarla təxminən 6 min ədəd “Starlink” terminalı çatdırılıb. Bildirilir ki, ABŞ Dövlət Departamenti son bir neçə ay ərzində ümumilikdə 7 minə yaxın “Starlink” terminalı satın alıb. Onların əksəriyyəti yanvar ayında alınıb və məqsəd internet blokadalarını aşmaq üçün fəallara dəstək vermək olub.

Rəsmilərin sözlərinə görə, bu alışların maliyyələşdirilməsi üçün internet azadlığının dəstəklənməsi proqramlarından ayrılan vəsaitlərin bir hissəsi yenidən bölüşdürülüb. Qeyd olunur ki, bu, Vaşinqtonun “Starlink” avadanlıqlarını birbaşa İrana göndərməsi ilə bağlı ilk haldır.

Nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp addım barədə məlumatlandırılıb, lakin onun bu təşəbbüsü birbaşa təsdiqləyib-təsdiqləmədiyi bəlli deyil.

Xatırladaq ki, yanvar ayında “Bloomberg” agentliyi İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinin İranda “Starlink” infrastrukturuna çıxış üçün ödənişi ləğv etdiyini bildirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью