Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp İranın Xark adasına zərbələri əks etdirən, süni intellekt vasitəsilə hazırlanmış videonu “Truth Social” hesabında yayıb. Videoda neft obyektlərinə raket zərbələri endirildiyi, daha sonra güclü partlayışlar və yanğınların baş verdiyi görünür. "Reuters" videonun süni intellektlə yaradıldığını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp paylaşımına “Xark adası param-parça olur!” sözlərini yazıb.
Qeyd edək ki, Xark adası İranın neft ixracı üçün əsas strateji məntəqələrdən biridir. Daha əvvəl Tramp bu adanın ABŞ qüvvələri tərəfindən ələ keçirilməsi ehtimalını da istisna etməmişdi./publika.az