Icma.az, Ayna portalına istinadən məlumat verir.
"Demokratlar qalib gələrsə, 1929-cu il tipli iqtisadi depressiya ilə qarşılaşacaqsınız”
ABŞ Prezidenti Donald Tramp deyib ki, noyabr ayında keçiriləcək aralıq konqres seçkilərində Demokratlar Partiyası qalib gələrsə, ABŞ-ı yeni “böyük depressiya” gözləyir.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp bu barədə Alyaskada tərəfdarlarına müraciət edərkən xəbərdarlıq edib: "Demokratlar qalib gələrsə, 1929-cu il tipli iqtisadi depressiya ilə qarşılaşacaqsınız. Respublikaçılar qalib gələrsə, amerikalıların ciblərinə 5000 dollar girəcək və misli görünməmiş iqtisadi uğur qazanılacaq”.
Qeyd edək ki, “Böyük depressiya” 24 oktyabr 1929-cu ildə ABŞ-da fond bazarının çökməsi ilə başlayan və 1939-cu ilə qədər davam edən qlobal iqtisadi böhran idi. Ən çox sənaye şəhərləri zərər gördü, tikinti faktiki olaraq dayandırıldı, kənd təsərrüfatı məhsullarının qiymətləri kəskin şəkildə aşağı düşdü və işsizlik ABŞ-da 14 milyon insana təsir etdi.