Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ankoricdə keçirilən son sammit Vaşinqtonun gözlədiyi nəticəni verməsə, ABŞ Rusiya və Ukrayna ilə bağlı mövqeyini dəyişəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Bir neçə həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada həqiqətən çox yaxşı görüş keçirdim. Bunun nəyəsə gətirib çıxaracağını görəcəyik. Əks halda, biz fərqli mövqe tutacağıq", - Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, hansı dəyişikliklərin olacağını açıqlamayıb.