Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə

05.09.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla müharibədən sonra Yaxın Şərq üçün yeni strategiya hazırladığı iddia olunur.

Sherg.az xəbər verir ki, “Axios”un məlumatına görə, planın əsas hədəfləri İranın regiondakı təsirinin məhdudlaşdırılması və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasıdır.

Strategiyada Qəzza planının növbəti mərhələsi, İsrail-Suriya təhlükəsizlik sazişi və İsrail-Livan razılaşmasının həyata keçirilməsi, həmçinin İbrahim sazişlərinin genişləndirilməsi və Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinin normallaşdırılması nəzərdə tutulur.

Məlumata görə, plan hələ hazırlanma mərhələsindədir və yekun variantın bir neçə həftəyə tamamlanması gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью