Trampdan yeni Ceyms Bondla bağlı açıqlama

27.11.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp yeni Ceyms Bond roluna təsdiqlənən britaniyalı aktyor Robert Pattinsona "007" obrazı üçün uğurlar arzulayıb.

Kulis.az xəbər verir ki, “New York Post” nəşrinə müsahibəsi zamanı mövzuya toxunan Tramp əvvəlcə köməkçisindən Pattinsonun siyasi mövqeyi ilə bağlı məlumat istəyib və “Ceyms Bond mühafizəkardırmı?” deyə soruşub.

Müzakirə zamanı Trampın Pattinson ilə Kristen Stüartın ayrılığı barədə 2012-ci ildə yazdığı keçmiş tviti də xatırlanıb.

Aktyor barəsindəki materialları nəzərdən keçirdikdən sonra Tramp ona “uğurlar” arzulayıb.

40 yaşlı Pattinson 2021-ci ildə Deniel Kreyqin ayrılmasından sonra Bond rolunu canlandıran yeddinci aktyor olacaq.

Qeyd edək ki, rejissoru Deni Vilnyov, ssenaristi isə Stiven Nayt olan layihənin Pattinsonun "The Batman Part II" çəkilişlərini tamamlamasından sonra gələn il işə düşməsi, filmin isə ən tezi 2028-ci ilin ikinci yarısında təqdim olunması gözlənilir.

“Ramayana” Britaniyanı fəth etdi: Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı Xalq rəssamının oğlu vəfat etdi Teylor Svift haqqında 4500 sözlük yazı yeni mübahisə yaratdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью