Trampdan Zelenski ilə görüş öncəsi Rusiyaya hücum xəbərdarlığı

16.10.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə oktyabrın 17-də kritik görüş keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb. Rəsmilərdən verilən açıqlamaya görə, liderlər Ukrayna Silahlı Qüvvələrinin planlaşdırdığı hərbi əməliyyatları müzakirə edəcəklər.

Tramp bildirib: “Onların hücuma başlamaq istəkləri barədə danışacağıq. Bununla bağlı qərar verəcəyəm. Artıq Ukrayna nümayəndə heyəti ABŞ-a yola düşüb”.

Görüşün əsas məqsədi Ukrayna ilə ABŞ arasında hərbi əməkdaşlığı gücləndirmək və regiondakı təhlükəsizlik məsələlərini dəyərləndirməkdir.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью