Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ-ın sülh planı Ukraynaya təhlükəsizlik təminatlarının verilməsini nəzərdə tutur”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, sözügedən təminatlar NATO üzvlərinin təklifinə oxşayır: “ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı planına NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik təminatları daxildir.
Layihəyə əsasən, ABŞ və onun avropalı müttəfiqləri Ukraynaya hücumu bütün “transatlantik birliyə” hücum kimi qiymətləndirməyə və münaqişə baş verəcəyi təqdirdə onu müdafiə etməyə borclu olacaqlar”.
Adı açıqlanmayan bir məmur nəşrə deyib ki, ABŞ administrasiyası planın bu bəndini Ukrayna Prezidenti Volodimir Zelenski üçün “böyük qələbə” kimi qiymətləndirir.
Əliyar Xəlil Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.