Trampdan Zelenskiyə çağırış: Təcili qəbul etməlisən!

21.11.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskidən Amerikanın təklif etdiyi sülh planı ilə təcili razılaşmağı tələb edir.

Globalinfo.az xəbər verir ki, bu barədə RBC-Ukrayna ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp hazırlanan sülh planı ilə bağlı danışarkən, onun Vaşinqtonun şərtləri ilə dərhal və ya mümkün qədər tez qəbul edilməsini vurğulayıb.

“Axios”un xəbərinə görə, Zelenski Kiyevdə ABŞ ordusu katibi Daniel Driscoll ilə görüş zamanı sülh planının tezliklə imzalanmasına razılaşıb.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью