Trampdan Zelenskiyə: Çox bahalı sistemdir, baxacağıq!

09.07.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birləşmiş Ştatlar Ukraynaya “Patriot” hava hücumundan müdafiə raket kompleksi vermək məsələsinə baxacaq, lakin bu, çox bahalı hərbi texnikadır.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Onlar (Ukrayna tərəfi) bunu istədilər. “Patriot” hava hücumundan müdafiə raket sistemləri həqiqətən çox nadirdir. Biz bunu nəzərdən keçirməli olacağıq. Olduqca bahalı sistemdir", - Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью