Trampdan Zelenskiyə sürptiz: Dəvət etmədi, ancaq gəlsə...

17.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə Ukrayna Prezidenti Vladimir Zelenskini dəvət etməyib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında danışıb.

“Xeyr, mən onu dəvət etməmişəm”, - Tramp jurnalistin bu istiqamətdə sualını cavablandırarkən deyib.

Buna baxmayaraq, Tramp vurğulayıb ki, Zelenski tədbirə gələrsə, onu qarşılayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью