Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İrandakı hərbi əməliyyatlara və qan tökülməsinə görə məsuliyyəti ABŞ Prezidenti Donald Trampın müşavirləri daşıyır.
Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı X sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Ədalətli və bərabərhüquqlu razılaşmanın tamamilə əldə edilə biləcəyini nəzərə alsaq, Birləşmiş Ştatlar prezidentinə yanlış tövsiyələr verənlər tökülən qana görə məsuliyyət daşımalıdırlar", - o qeyd edib.
Arakçı vurğulayıb ki, Yaxın Şərqdəki eskalasiya həm İran, həm də Amerika xalqına zorla qəbul etdirilib.