Trampı belə təbrik etdilər “Əli qanlı Baydenin gedişindən xoşbəxtik”

21.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Fələstinin HƏMAS Hərəkatı ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, hərəkatın rəsmi nümayəndəsi Sami əbu Zühri Trampın Ağ Evə qayıdışından məmnunluğunu ifadə edib.

“Əllərində fələstinlilərin qanı olan Baydenin getdiyini görməkdən xoşbəxtik”, - Zühri deyib.

HƏMAS rəsmisi ABŞ-nin yeni prezidentinin bölgədə tarazlığı bərpa edəcəyinə inandığını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью