Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır. "Trampı dünyada heç kəs ciddi qəbul etmir.
Gündə bir fikir söyləyir və bu fikirlərin hamısı bir-birinə ziddir. Altı ay əvvəl dediyi sözü indi təkrarlayır.
Əminəm ki, altı ay sonra yenidən təkrarlayacaq. O, tamamilə qeyri-ciddi adamdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-nin Prezidenti Donald Trampın Ukraynaya yardım etmək qərarından danışarkən bildirdi.
"Ona görə də Rusiya ABŞ-dən çəkinmədən öz hərbi, təcavüzkar siyasət dəst-xəttini davam etdirəcək.
Ukrayna isə ümid edir ki, Avropa ona həqiqətən də ciddi silah yardımı göstərəcək. Ona görə də müqavimət göstərməyə davam edir.
Yəni Tramp özü-özünü biabır etdi. Amerika daxilində hamı deyir ki, Putin Trampı barmağına dolayıb", - deyə o, qeyd etdi.
Xədicə BAXIŞLI Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.