Trampı hücumla hədələdi: Bunu etməyin, hərəkətə keçərik!

05.10.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ bölgədə qüvvələrini artırarsa, Şimali Koreya hərəkətə keçəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib.

“Biz yeni və müvafiq hərbi-texniki tədbirlər həyata keçirə bilərik. Çünki ABŞ zərurət yaranarsa, düşmənə qarşı qabaqlayıcı zərbə endirilməsini asanlaşdırmaq üçün Cənubi Koreyadakı hərbi mövcudluğunu artırır”, – deyə o bildiribş

Oktyabrın 1-də Yaponiyanın “Yonhap” xəbər agentliyi ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri ilə danışıqlara hazır olduğunu bildirib.

Vaşinqton bəyan edib ki, Tramp mümkün dialoq üçün heç bir ilkin şərt tələb etmir.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью