Trampı məhkəməyə verdilər

15.12.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Tarixi İrs Mühafizəsi Fondu Prezident Donald Trampın Ağ Evin ərazisində bal zalı (rəqs zalı) inşa etmək planlarına qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

İddiada Ağ Evin Şərq Qanadının söküntü işlərinin zəruri hüquqi və ictimai ekspertizadan keçirilmədən həyata keçirildiyi vurğulanır. İddiaçılar Konqresdən icazə alınana qədər işlərin dərhal dayandırılmasını tələb edirlər. Eyni zamanda fondun nümayəndələrinin fikrincə, belə bir tikinti üçün federal komissiya və ictimaiyyət tərəfindən müzakirələrin keçirilməsi vacibdir.

Xatırladaq ki, Ağ Evdə sentyabr ayında başlanan tikinti işləri, xüsusilə tarixi mühit və irsin qorunması ilə məşğul olan qurumlar tərəfindən sərt tənqidlərə məruz qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью