Trampı müxalif kimi qələmə vermirəm” Yaponiyanın Baş naziri Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

20.11.2024

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Əgər Trampa münasibətimi təsvir etməli olsam, onu müxalif kimi qələmə verməzdim”.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın baş naziri İşiba Şiqeru Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Sammitində çıxış edərkən deyib.

Yaponiya-ABŞ əməkdaşlığının təkcə hər iki ölkədə deyil, həm də Hind-Sakit okean regionunda sülh və sabitliyə fayda verəcəyini bildirən İşiba Yaponiyanın ABŞ-nin yeni administrasiyası ilə sıx əməkdaşlıq içində olacağını qeyd edib.

İşiba əlavə edib ki, ABŞ rəsmi olaraq prezident olana qədər xarici liderlərlə görüşləri qadağan edən daxili hüquqi məhdudiyyətlər səbəbindən Trampla danışıqlar apara bilmir.

Cəmalə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью