Trampı narahat etməmək üçün proqramı ixtisar etdilər

23.06.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

NATO-nun Haaqada keçiriləcək sammitinin təşkilatçıları tədbirin proqramını ixtisar ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bu addıma səbəb kimi təşkilatçıların ABŞ Prezidenti Donald Trampı narahat etmək istəməmələri göstərilir.

Nəşrin yazdığına görə, NATO-ya üzv ölkələr arasında fikir ayrılıqları var, lakin bir məsələdə onlar həmrəydirlər: ABŞ prezidentinin məmnunluq səviyyəsini saxlamaq hər şeydən önəmlidir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью