Trampı öldürməklə hədələyən şəxs həbs edildi

27.11.2024

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

Trampı öldürməklə hədələyən şəxs həbs edildi

ABŞ hakimiyyəti yeni seçilmiş prezident Donald Trampı və ailəsini öldürməklə hədələyən şəxsi həbs edib.

Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, məlumata görə, Manuel Tamayo-Torres adlı şəxs Trampa və ailəsinə qarşı bir neçə dəfə hədə-qorxu gəlib. O , sosial şəbəkədə təhdid mesajları göndərib:

"Siz öləcəksiniz, oğlunuz öləcək, bütün ailəniz öləcək".

Bundan əlavə, videoda o, AR-15 tüfəngini yelləyərək, Tramp haqqında müxtəlif qəribə açıqlamalar verib.

Qeyd edək ki, Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə ona sui-qəsd cəhdini xatırladaraq, sui-qəsd cəhdlərini araşdırmaq üçün müstəqil komissiya yaradacağını bildirib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью