Trampı öldürüb Ukraynaya qaçmaq istəyən şəxs ələ keçib | Icma.az
Icma.az bildirir, Reyting.az portalına istinadən. ABŞ prezident Donald Trampa sui-qəsd planlaşdıran bir yeniyetmənin öz valideynlərini öldür
Reyting.az xəbər verir ki, bu barədə CNN məxfiliyi ləğv edilmiş məhkəmə sənədlərinə istinadla yazıb.
Bildirilir ki, Viskonsin ştatında 17 yaşlı Nikita Kazap doqquz cinayətdə, o cümlədən birinci dərəcəli qətl və cəsədləri gizlətməkdə ittiham olunur.
Bu arada, Federal Təhqiqatlar İdarəsi (FTB) prezidentə sui-qəsd cəhdi, sui-qəsd və kütləvi qırğın silahlarından istifadə faktlarını araşdırır.İstintaqın məlumatına görə, fevralın 11-də yeniyetmə anası Tatyana Kazapı və ögey atası Donald Mayeri öldürüb.
Fevralın 28-də onların evində güllə yarası olan meyitlər tapılıb. Elə həmin gün axşam saatlarında polis Nikitanı saxlayıb.
Onun üzərindən 14 min dollar, qızıl-zinət əşyaları və ögey atasına məxsus “Revolver” (tapança) tapıblar.
Onun əşyaları arasında Mayerin bank kartlarının fotoşəkilləri və bank hesabının parolu olub.
Yeniyetmənin telefonunda üzvləri “neo-nasist, irqi motivli ekstremist fikirlərə” sahib olan Doqquz Bucaq Ordeninə aid materiallar aşkar edilib.
Tam oxu
Xəbəri oxu