Trampı Rumıniyaya “F 35” qırıcıları yerləşdirməyə çağırırlar

21.08.2025

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Avropa ölkələri ABŞ prezidenti Donald Trampdan Ukraynanın təhlükəsizlik zəmanəti çərçivəsində Rumıniyaya Amerika qırıcıları yerləşdirməsini istəyirlər.
Reyting.az
xəbər verir ki, bu barədə “Times” nəşri yazıb.
Qəzet qeyd edib ki, Avropanın yüksək səviyyəli hərbi liderləri Rusiyanın yeni işğalının qarşısını almaq üçün Rumıniyada Amerikanın “F-35” qırıcılarının yerləşdirilməsini vacib sayırlar.
Bu məsələ ABŞ-nın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə Britaniya, Almaniya, Fransa, Finlandiya və İtaliyanın hərbi liderləri arasında keçirilən görüşdə müzakirə olunub.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью