Trampı təhdid edən şəxs həbs edildi

26.01.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Florida ştatında polis sosial şəbəkələrdə ölkə Prezidenti Donald Trampı təhdid edən şəxsi həbs edib.
Bizim.Media xəbər verir ki, bu barədə polisin rəsmi açıqlamasında deyilir.
Mənbə qeyd edir ki, bazar ertəsi 46 yaşlı Şennon Atkinsin sosial mediada yazdığı təhdid xarakterli paylaşımlar haqqında məlumat daxil olub.
Bu məlumat əsasında araşdırma başladılıb.
Şennon Atkins Vest Palm Biçdə saxlanılıb. Polisin məlumatına əsasən, saxlanılan şəxsin üzərində kokain aşkar edilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью