Trampı tənqid etdikləri üçün işdən qovuldular

15.05.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

ABŞ-da Kəşfiyyat üzrə Milli Şuranın sədri vəzifəsini icra edən Mayk Kollins vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bu barədə əmri ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard verib. ABŞ kəşfiyyatının yüksəkvəzifəli əməkdaşları "Fox News" telekanalına bildiriblər ki, Kollins siyasi qərəzlilikdə və Donald Tramp administrasiyasının fəaliyyətinə qəsdən zərbə vurmaqda ittiham olunub. Qabbardın, həmçinin Kollinsin müavini Mariya Lanqan-Raykhoffun da işdən azad edilməsini tapşırdığı qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью