Trampı zərərli ideyalarla doldurublar Uşakov

18.06.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa liderləri Fransada keçirilən G7 sammitində ABŞ Prezidenti Donald Trampı faydasız, hətta zərərli ideyalarla doldurublar.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Ukrayna mövzusu G7 sammitinin iclasında fəal şəkildə müzakirə olunub. Güman etmək olar ki, Trampı faydalı olmayan, hətta zərərli ideyalarla doldurublar”, - Uşakov bildirib.

Uşakov Trampı öz baxışlarına sadiq qalan güclü siyasətçi adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью