Icma.az, Konkret.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp hazırkı prezidentlik müddətində əldə etdiyini düşündüyü 25 əsas nailiyyətin siyahısını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Tramp siyahını “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşıb. Siyahıda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması da yer alıb.
ABŞ lideri 21-ci bənddə ilk 12 ay ərzində 8 müharibənin nizamlandığını və tarixi sülh razılaşmalarının əldə edildiyini bildirib. Həmin bənddə Qəzza müharibəsinin sona çatdırılması ilə yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması da qeyd olunub.
Trampın siyahısında ABŞ sərhədinin gücləndirilməsi, Laken Riley Aktının imzalanması, ölkədə qətl səviyyəsinin son 125 ilin ən aşağı göstəricisinə düşməsi, vergi güzəştləri, iqtisadiyyata yeni investisiyaların cəlb edilməsi və digər məsələlər də “nailiyyət” kimi təqdim edilib.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Donald Trampın iştirakı ilə birgə bəyannamə imzalanıb. Həmin görüş çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətnini paraflayıblar.
Trampın siyahısında bu proses onun ABŞ prezidentliyi dövründə həll olunduğunu iddia etdiyi beynəlxalq münaqişələr sırasında göstərilib.
Günay Əli
KONKRET.az